Reklam verin!

Blog Haqqında

vetensevən

Axtarış

Arxivlər

Sorğu

VƏTƏNİMİZİ SEVİRSİNİZMİ?

Açar sözlər

imişli  baki  quba  azərbaycan 

Sayqaç

  • İndi blogda: 2
  • Keçən ayın hiti: 186
  • Dünənki hit: 4
  • Bugünki hit: 2
  • Ümumi hit: 770

Müxtəlif

Canım sənə fəda olsun-AZƏRBAYCAN!!!

Sevgilərin ən ulusu VƏTƏN SEVGISIdir-AZƏRBAYCAN SEVGISI!!!

İMİŞLİ ŞƏHƏRİ

vetensevən İyun 15, 2008 10:15
imişli
Şərhlər(0) Baxış sayı:17 İyun 15, 2008 10:15 imişli 

İMİŞLİ ŞƏHƏRİ

vetensevən İyun 15, 2008 10:14
imişli
Şərhlər(0) Baxış sayı:14 İyun 15, 2008 10:14 imişli 

QUBA

vetensevən İyun 15, 2008 10:11
quba
Şərhlər(0) Baxış sayı:18 İyun 15, 2008 10:11 quba 

BAKI

vetensevən İyun 15, 2008 10:07
BAKI
Şərhlər(0) Baxış sayı:25 İyun 15, 2008 10:07 baki 

İMİŞLİ ŞƏHƏRİ

vetensevən İyun 15, 2008 10:02
imişli
Şərhlər(0) Baxış sayı:14 İyun 15, 2008 10:02 imişli 

AZƏRBAYCAN

vetensevən İyun 15, 2008 9:54

Ərazi :

Azərbaycan Respublikasının ərazi - 86,6 min km² (11,5% meşələr, 1,6% su hövzələri, 50,0% becərilən torpaqlar, o cümlədən 27,0% otlaqlar, 36,9% sair torpaqlar) təşkil edir.

 Ölkə 39° 24', 41° 54' şimal en dairələri arasında və 44° 46', 50° 45' şərq uzunluğunda, Bakı 40° paralel üzərindədir.Cənubdan İRAN-la 765 km və TÜRKİYƏ  ilə 15 km, şimaldan RUSİYA ilə 390 km, şimali-qərbdən GÜRCÜSTAN ilə 480 km, qərbdən ERMƏNİSTAN  ilə 1007 km həmsərhəddir. Sahil xəttinin uzunluğu - 713 km, Bakıdan şimal qütbünə qədər olan məsafə 5550 km, ekvatora qədər olan məsafə isə 4440 km-dir. Azərbaycan Respublikası Cənubi Qafqazın şərq hissəsində, Xəzər dənizinin sahilində yerləşir və sahəsi 86,6 min kv. km-dir.

Əhali :

2004-cü ilin əvvəlinə Azərbaycan Respublikasının əhalisi 8 milyon 265 min nəfər, o cümlədən 4 milyon 254 min nəfər və ya 51,5 faizini şəhər və 4 milyon 11 min nəfər və ya 48,5 faizini kənd sakinləri təşkil etmişdir. Ölkə əhalisinin ümumi sayından 4 milyon 58 min nəfəri, yaxud 49 faizi kişi, 4 milyon 207 min nəfəri və ya 51 faizi qadınlardır.

Əhalinin yaş strukturu aşağıdakı kimi səciyyələnir: əhalinin ümumi sayından 26 faizi 0-14 yaşda, 67 faizi 15-64 yaşda, 7 faizi isə 65 və yuxarı yaşda olanlardır. Əhalinin 29 faizi 18-34 yaşda olan nclərdir, onların yarıdan bir qədər çoxu şəhər yerlərində yaşayır.Əhalinin orta yaşı 31 yaş təşkil edir.Əhalinin son siyahıyaalınmasının nəticələrinə görə ölkə əhalisinin 90,6 faizi Azərbaycan  Türkləri, 2,2 faizi Ləzgilər, 1,8 faizi Ruslar, 1,5 faizi Ermənilər, 1,0 faizi Talışlar, 0,6 faizi Avarlar, 0,5 faizi Axıska Türkləri, 0,4 faizi Tatarlar, 0,4 faizi Ukraynalılar, 0,2 faizi Saxurlar, 0,2 faizi Gürcülər, 0,2 faizi Kürdlər, 0,13 faizi Tatlar, 0,1 faizi Yəhudilər, 0,05 faizi Udinlər, 0,12 faizi isə digər millətlərdir.Öz millətinin dilində sərbəst danışa bilən əhalinin bütövlükdə ölkə üzrə xüsusi çəkisi 99,2 faiz olmuşdur. Azərbaycanlılar arasında bu göstərici 99,8 faiz təşkil etmişdir.Əhalinin sayı (01.01.2005-ci il) - 8347.3 min nəfəro cümlədən: kişilər - 4103,7 min nəfər, qadınlar - 4243,6 min nəfər

Dövlət Quruluşu :

Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən orqan Milli Məclis, icra hakimiyyətini həyata keçirən Prezident, Məhkəmə hakimiyyətini həyata keçirən orqan Azərbaycan Respublikasının məhkəmələridir.

Azərbaycan Respublikasının Konstitusiya ilə müəyyən edilmiş unitarlığı spesifikliyə malikdir. Bu da onun tərkibində Naxçıvan Muxtar Respublikası-nın dövlət hakimiyyəti statusuna malik olmasıdır. Konstitusiyaya görə Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir. Orada qanunverici hakimiyyəti Naxçıvan Muxtar Respublikasının Ali Məclisi, icra hakimiyyətini Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, məhkəmə hakimiyyətini Naxçıvan Muxtar Respublikasının məhkəmələri həyata keçirir. Naxçıvan Muxtar Respublikasında ali vəzifəli şəxs Ali Məclisin sədridir.

Dövlət Rəmzləri :

Azərbaycan Respublikasının dövlət rəmzləri Azərbaycan Respublikasının Dövlət bayrağı, Azərbaycan Respublikasının Dövlət gerbi və Azərbaycan Respublikasının Dövlət himnidir.

Azərbaycan Respublikasının Dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir və qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.Azərbaycan Respublikası Dövlət bayrağının və Azərbaycan Respublikası Dövlət gerbinin təsviri, Azərbaycan Respublikası Dövlət himninin musiqisi və mətni Konstitusiya qanunu ilə müəyyən edilir.

Paytaxt :

Bakı Abşeron yarımadasının cənubunda, Xəzər dənizinin sahilində yerləşir, onun ərazisi 2200 kv km, əhalisinin sayı 2 milyona yaxındır. Bundan başqa hazırda Bakı şəhərində erməni qəsbkarlarının işğal etdiyi rayonlardan və Ermənistan Respublikasından qovulmuş 500 minə yaxın qaçqın və məcburi köçkünlər yaşayır.

Bakı özündə 11 inzibati rayonu, 5 şəhər tipli qəsəbəni birləşdirir.

İqtisadiyyat:

Azərbaycan Respublikasının milli pul vahidi olan manat 1992-ci il avqustun 15-də Prezident Əbülfəz Elçibəy tərəfindən dövriyyəyə buraxılmışdır. 2006-cı il yanvarın 1-dən ölkədə köhnə manatla (AZM) bərabər yeni manat (AZN) da dövriyyəyə buraxılıb. AZN-nın dollarla nisbəti USD1=AZN0,91 və ya USD1=AZM4560. Xırda pul qəpik adlanır və 1 manat 100 qəpiyə bərabərdir.

Dil:

Azərbaycan Respublikası əhalisinin gündəlik ünsiyyət vasitəsi və rəsmi dövlət dili Azərbaycan dilidir.

Azərbaycan dili İran İslam Respublikasında Cənubi Azərbaycanda yaşayan 35 milyonluq Azərbaycanlının da ana dilidir. Rusiya-da, ABŞ-da, Türkiyə-də və Qərbi Avropa ölkələrində bir neçə milyon azərbaycanlı yaşayır. Bir neçə yüzilliklər ərzində müxtəlif ölkələrin sakinləri olmalarına baxmayaraq, bu gün də hansı ölkədə yaşamalarından asılı olmayaraq, Azərbaycanlılar bir-birlərini sərbəst anlayırlar. Beləliklə, yer üzündə hazırda Azərbaycan dilində danışan 50 milyondan çox adam yaşayır.Azərbaycan dilinin fonem tərkibində 15 sait və 25 samit vardır. Bu 40 fonem Azərbaycan əlifbasında 32 hərflə işarə edilir.Hazırda Azərbaycanda latın qrafikası əsasında yaradılmış Azərbaycan əlifbasından istifadə edilir.

Din :

Azərbaycanın dinləri ölkənin indiki ərazisində yaşayan xalqlar və etnik qruplar arasında yayılmış dini cərəyanların məcmusundan ibarətdir. Azərbaycan Respublikasında müxtəlif dini konfessiyalar fəaliyyət göstərir. Ən geniş yayılmışi İslamdır. Digər dinlər bunlardır: Yahudilik, Xristianlıq, Alban-udi kilsəsi, Katolisizm.

"Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanunu (1992) hər bir şəxsin dinə münasibətini müəyyənləşdirmək və ifadə etmək hüququna və həmin hüququ həyata keçirməyə təminat yaradır.

Təhsil

Universitetlər

Bütün bunlardan başqa ölkədə 13 özəl universitet də fəaliyyət göstərir.

Münaqişə :

Dağlıq Qarabağın Erməni mənşəli əhalisini provakasiya edən erməni seperatçılarının müstəqillik tələbləri Azərbaycanla qonşu Ermənistan arasında 1989-cu ildən bəri davam edən silahlı münaqişəyə səbəb olmuşdur. Hal - hazırda Dağlıq Qarabağ və ona bitişik rayonlar Erməniştanın işğalı altındadır.İşğal altında olan ərazi Azərbaycanın ümumi ərazisinin 20%-ni təşkil edir. Silahlı münaqişə nəticəsində Dağlıq Qarabaq və 7 ətraf rayonun 1 000 000-a yaxın azərbaycanlı əhalisi öz yaşayış yerlərini tərk etmiş, 24 000 -dən çox adam qətlə yetirilmiş, 50 000 nəfər yaralanmış və ya şikəst olmuşdur. Hazırda ölkələr arasında 1994-cü ildə imzalanmış atəşkəs qüvvədə olsa da erməni tərəfin muntəzəm olaraq atəşkəsi pozması nəticəsində 10000-ə qadər azərbaycanlı həlak olmuşdur.

Hərbi təcavüz zamanı ələ keçirilmiş Azərbaycan ərazilərində 927 kitabxana, 464 tarixi abidə və muzey, 100-dən çox arxeoloji abidə, 6 dövlət teatrı və konsert studiyası dağıdılmışdır. Talan edilmiş muzeylərdən 40 mindən çox qiymətli əşya və nadir eksponat oğurlanmışdır.Ermənistan Respublikası «Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında» Haaqa Konvensiyasının və «Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında» Paris Konvensiyasının müddəalarını kobudcasına pozaraq Azərbaycanın mədəni sərvətlərini talamaqla məşğuldur.Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrində Azərbaycan Respublikasının ərazi bütövlüyünün tanınmasına və işğal olunmuş Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad edilməsi tələblərinə baxmayaraq, Ermənistan Respublikası bu gün də işğalçılıq siyasətini davam etdirir. 

 

Şərhlər(0) Baxış sayı:16 İyun 15, 2008 9:54 azərbaycan 

28 MAY RESPUBLİKA GÜNÜ!

vetensevən May 28, 2008 11:58 Şərhlər(0) Baxış sayı:34 May 28, 2008 11:58

AZƏRBAYCAN ƏSGƏRİNƏ EŞQ OLSUN!

vetensevən May 27, 2008 18:20 AZƏRBAYCAN ƏSGƏRİNƏ EŞQ OLSUN!(1) Baxış sayı:49 May 27, 2008 18:20

Canım sənə fəda olsun-AZƏRBAYCAN!!!

vetensevən May 26, 2008 10:34

AZƏRBAYCAN! AZƏRBAYCAN!

EY QƏHRƏMAN ÖVLADIN ŞANLI VƏTƏNİ!

SƏNDƏN ÖTRÜ CAN VERMƏYƏ CÜMLƏ HAZIRIZ!

SƏNDƏN ÖTRÜ QAN TÖKMƏYƏ CÜMLƏ QADİRİZ!

ÜÇ RƏNGLİ BAYRAĞINLA MƏSUD YAŞA!

MİNLƏRLƏ CAN QURBAN OLDU!

SİNƏN HƏRBƏ MEYDAN OLDU!

HÜQUQUNDAN KEŞƏN ƏSGƏR,

HƏRƏ BİR QƏHRAMAN OLDU!

SƏN OLASAN GÜLÜSTAN,

SƏNƏ HƏR AN CAN QURBAN!

SƏNƏ MİN BİR MƏHƏBBƏT

SİNƏMDƏ TUTMUŞ MƏKAN!

NAMUSUNU HİFZ ETMƏYƏ,

BAYRAĞINI YÜKSƏLTMƏYƏ,

CÜMLƏ GƏNCLƏR MÜŞTAQDIR!

ŞANLI VƏTƏN! ŞANLI VƏTƏN!

AZƏRBAYCAN! AZƏRBAYCAN!

 

Şərhlər(2) Baxış sayı:35 May 26, 2008 10:34

  Yazılar cəmi: 9   
© 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com